Çavuşoğlu: "ABŞ-a İrana qarşı sanksiyaların səhv olduğunu izah etməyə davam edəcəyik"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarına İrana qarşı tətbiq olunan sanksiyaların səhv olduğunu izah etməyə davam edəcəklərini söylədi.

1185138
Çavuşoğlu: "ABŞ-a İrana qarşı sanksiyaların səhv olduğunu izah etməyə davam edəcəyik"


 Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun  İran xarici işlər naziri Cavad Zəriflə paytaxt Ankarada təkbətək və heyətlərarası görüşü oldu.

Xarici işlər nazirləri görüşlərdən sonra birgə mətbuat konfransı keçirdilər.
 
 Çavuşoğlu ABŞ-ın İrana qarşı sanksiyaları ilə bağlı verilən sualı cavablandırarkən sözügedən sanksiyalara qarşı olduqlarını hər platformada amerikalılara  birbaşa və dəqiq şəkildə söylədiklərini bildirdi.
 
 Çavuşoğlu: "ABŞ-a növbəti prosesdə də bu sanksiyaların səhv olduğunu izah etməyə davam edəcəyik" dedi.
 
 Türkiyənin xəzinə və maliyyə naziri Bərat Albayraq, ticarət naziri Ruhsar Pekcan və milli müdafiə naziri Hulusi Akarın ABŞ-a səfər etdiyini xatırladan Çavuşoğlu: "Nazirlərimiz sanksiyalar məsələsini bütün tərəf-müqabillərinə açıq və dəqiq bir şəkildə söylədilər. Xəzinə və maliyyə naziri Albayraq ABŞ prezidenti Donald Tramp ilə də görüş keçirib. Dostlarımız  görüşlərdə bu barədə narahatlıqlarımızı və fikirlərimizi dəqiq bir şəkildə amerikalı tərəf-müqabillərə çatdırıblar. Burada əhəmiyyətli olan bizim öz aramızdakı həmrəyliyimiz və iradəmizdir" ifadələrini işlətdi.



Әlaqәli Xәbәrlәr