Aleksandr Lukaşenko bu gün Türkiyәyә sәfәr edәcәk

Belarus prezidenti Aleksandr Lukaşenko prezident Rәcәb Tayyib Әrdoğanın dәvәti ilә bu gün Türkiyәyә rәsmi sәfәr edәcәk.

1183920
Aleksandr Lukaşenko bu gün Türkiyәyә sәfәr edәcәk

 

Belarus prezidenti Aleksandr Lukaşenko prezident Rәcәb Tayyib Әrdoğanın dәvәti ilә bu gün Türkiyәyә rәsmi sәfәr edәcәk.

Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata әsasәn, sәfәr çәrçivәsindә keçirilәcәk görüşlәrdә ikitәrәfli  münasibәtlәrin bütün aspektlәri nәzәrdәn keçirilәcәk vә  iki ölkә arasındakı әmәkdaşlığın güclәndirilmәsi üçün atıla bilәcәk addımlar müzakirә olunacaq.

Görüşlәrdә hәmçinin regional vә beynәlxalq mәsәlәlәr әtrafında fikir mübadilәsinin aparılması da gözlәnilir.

İki ölkə arasındakı münasibətlərə əhəmiyyətli töhfələr verəcək müxtəlif müqavilələrin imzalanmasının da gündəmdə olduğu səfər çərçivəsində Türkiyə-Belarus Biznes Forumunun keçirilməsi də planlaşdırılır.



Әlaqәli Xәbәrlәr