M.Çavuşoğlu ABŞ-ın S-400-lər ilə bağlı şərhlərinə münasibət bildirib

"Türkiyənin S-400 raket müdafiə sistemlərini satın almasının səbəbləri Amerikalı səlahiyyətlilərə şərh edilib": Çavuşoğlu

1180666
M.Çavuşoğlu ABŞ-ın S-400-lər ilə bağlı şərhlərinə münasibət bildirib

ABŞ-a keçən həftə reallaşdırdığım səfər çərçivəsində baş tutan danışıqlar zamanı Türkiyənin S-400 raket müdafiə sistemlərini satın almasının səbəblərini Amerikalı səlahiyyətlilərə şərh etdim. Onlar da bu qədər haqlı səbəblərimizin olduğunu bilmədiklərini ifadə etdilər. Bunu Xarici işlər naziri M.Çavuşoğlu xüsusi bir telekanala müsahibəsində deyib.

Türkiyənin S-400 raket müdafiə sistemlərini satın almasının NATO-ya üzvlüyünə zidd olmadığını ifadə edən Çavuşoğlu, Alyansa üzv bəzi ölkələrdə S-300-lərin olduğunu xatırladaraq: “ABŞ-a ekspertlərdən ibarət bir araşdırma qrupunun yaradılmasını, S-400-lərin F-35-lər və NATO üçün təhdid hesab edilib edilmədiyini araşdırmasını təklif etdik. Türkiyənin nəzarətində olacaq bir sistem necə olar da NATO üçün təhdid yaradar?. Türkiyə suverən bir ölkə olaraq öz qərarlarını özü verməkdə davam edəcək. ABŞ hər fürsətdə sanksiyalardan danışır. Belə şərhlər və YPG/PKK terror təşkilatına dəstək müttefiqlik əlaqələrinə zərbə endirir. Bunlardan imtina edilməlidir. ABŞ dövlət departamentinin rəhbəi Mike Pompeo ölkəsinin Türkiyəyə patriot satma məcburiyyətində olmadığını irəli sürür. Bizim buna etirazımız yoxdur, satarsa alarıq. Əks təqdirdə başqa S-400-lər ya da başqa havadan müdafiə sistemlər təmin edərik. Ehtiyacımız olan silahları satın almaq məcburiyyətindəyik. Yaşadığımız bölgədə hər şeyin qaydasında olduğunu iddia etmək səhv olar”-deyə Çavuşoğlu bildirib.



Әlaqәli Xәbәrlәr