“İordan çayının qərb sahili Fələstin torpağıdır" M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu “İordan çayının qərb sahili” ilə bağlı açıqlamasına görə İsrailin Baş naziri Benyamin Netanyahuya reaksiya göstərdi.

1178702
“İordan çayının qərb sahili Fələstin torpağıdır" M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu “İordan çayının işğal altında olan qərb sahili” ilə bağlı açıqlamasına görə İsrailin Baş naziri Benyamin Netanyahuya reaksiya göstərdi.

Çavuşoğlu sosial şəbəkə üzərindən yaydığı açıqlamada “İordan çayının qərb sahili beynəlxalq hüquqa zidd olaraq İsrailin işğalı altında olan Fələstin torpağıdır. Netahyahunun seçkilər ərəfəsində yenə səs toplamaq təşvişilə məsuliyyətsizcəsinə yaydığı açıqlamalar bu həqiqəti əsla dəyişdirməyəcəkdir” deyib.

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik də Netanyahunu tənqid edərək deyib ki, İsrail baş naziri yenə ehtiyatsız şəkildə təcavüzkarlığını ortaya qoydu.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu aprelin 9-da keçiriləcək seçkidə qələbə qazanıb yenidən baş nazirlik postunu tutacağı təqdirdə, işğal altındakı İordan çayının qərb sahilindəki qeyri-qanuni yəhudi yaşayış məntəqələrini “İsrailə ilhaq” etməyi planlaşdırdığını söyləmişdi.

İsrailin 1967-ci ildə işğal etdiyi İordan çayının qərb sahilində 250-yə yaxın qanunsuz yəhudi yaşayış məntəqəsi var və buralarda 400 mindən artıq yəhudi sakin yaşayır.

Beynəlxalq hüquqa görə, işğal altındakı torpaqlarda bütün yəhudi yaşayış məntəqələri qeri-qanuni hesab olunur.



Әlaqәli Xәbәrlәr