Ömər Çelik ABŞ-a NATO ilə əlaqədar cavab verdi

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik hər kəsin NATO-nun bir kilid ölkəsi olan Türkiyənin alyans daxilindəki rolunun qiymətini bilməsinin vacibliyini dilə gətirib.

1177642
Ömər Çelik ABŞ-a NATO ilə əlaqədar cavab verdi

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik hər kəsin NATO-nun bir kilid ölkəsi olan Türkiyənin alyans daxilindəki rolunun qiymətini bilməsinin vacibliyini dilə gətirib.

Çelik partiyanın mərkəzi qərargahında təşkil etdiyi mətbuat konfransında deyib ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens “Türkiyə tarixin ən uğurlu hərbi ittifaqında əhəmiyyətli bir tərəfdaş olaraqmı, yoxsa ittifaqa zərər verəcək qərarlara yetişərək bu tərəşdaşlığın təhlükəsizliyini risk qarşısındamı qoymaq istəyir” dedi. Onun bu sözləri qarşısında düzünü söyləmək lazımdırsa bu səviyyədə Türkiyəni ittiham edən, qərarsız bir yanaşma bizi təəccübləndirdi. Bu ifadələrin içərisində yeni bir vəziyyət var. Uzun müddətdir ABŞ hakimiyyəti NATO-nu tənqid edirdi. Vitse-prezidentin sözləri NATO-nun əhəmiyyətini kəşf etməsi baxımından dəyişik bir ifadədir.  Türkiyənin davamlı NATO üzvlüyünün mühakimə edilməsi əslində NATO ittifaqının əsas dəyərlərinin mühakimə edilməsi deməkdir.

Türkiyənin NATO-nun qurucusu olduğu kimi, kilid müttəfiqlərdən birini olduğunu da vurğulayan Çelik Türkiyənin müttəfiqliq mövzusunda hər zaman məsuliyyətlərini artıqlaması ilə yerinə yetirdiyini vurğulayıb.

Ömər Çelik “Türkiyənin NATO İttifaqı çərçivəsində rolunu çıxardığınız zaman Türkiyə suveren ölkə olaraq öz təhlükəsizliyini təmin etmək mövzusunda zəifliklə qarşı-qarşıya qalmaz, amma başqaları Türkiyənin regional və qlobal təhlükəsizliyə verdiyi bu böyük töhfəni alçaltmaq kimi cəhd arxasınca gedirlər. Bu, düzgün bir yanaşma deyildir” deyib.  

Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemlərini almasını istəməyən ABŞ-lı səlahiyyətlərə reaksiya göstərən Çelik Türkiyənin daha əvvəl ABŞ-dan patriot sistemi almaq istəməsinə etiraz edən bu dairələrin indi bitmiş bir razılaşmadan Türkiyənin yayınmasını istəmələrinin Türkiyənin suverenlik haqlarına hörmətsizlik olduğunu qeyd edib.

Türkiyənin bu hörmətsizliyə hər hansı şəkildə göz yuma bilməyəcəyini, lazım gələn cavabı verəcəyini bildirən Çelik “NATO-nun kilid ölkəsi olan Türkiyənin ittifaq daxilindəki rolunun qiyməti bilinməlidir. Hər kəs bunu yaxşı başa düşsün. Gələcək dövrdə dünyanın gedişatı bu alyansın daha əhəmiyyətli rollar öhdəsinə götürməsini vacib hala gətirəcəkdir və bu da Türkiyənin gələcəkdəki dövrdə regional və qlobal təhlükəsizlik üçün ortaya çıxa biləcək təhdidləri aradan qaldıra bilmək mövzusunda daha əhəmiyyətli və kilid ölkə olaraq ortaya çıxaracağını göstərir” deyə bildirib.



Әlaqәli Xәbәrlәr