Mövlud Çavuşoğlu martın 29-da Sergey Lavrovla görüşәcәk
Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu martın 29-da rusiyalı hәmkarı Sergey Lavrov ilә Antalyada görüşәcәk.

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu martın 29-da rusiyalı hәmkarı Sergey Lavrov ilә Antalyada görüşәcәk.
Xarici İşlәr Nazirliyindәn verilәn mәlumata әsasәn, Çavuşoğlu vә rusiyalı hәmkarı Sergey Lavrov martın 29-da keçirilәcәk Türkiyә-Rusiya Yüksәk Sәviyyәli Әmәkdaşlıq Şurasının vә strateji planlaşdırılma üzrә Türkiyә-Rusiya birgә qrupunun VII iclasına sәdrlik edәcәklәr.
İclasda ikitәrәfli әlaqәlәr ilә yanaşı, regional vә beynәlxalq proseslәr әtrafında fikir mübadilәsinin aparılması gözlәnilir.
Toplantıdan sonra Türkiyә Cümhuriyyәti ilә Rusiya Federasiyasının XİN rәhbәrlәri arasında 2019-2020-ci illәrә dair mәslәhәtlәşmәlәr planı imzalanacaq.
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın da Rusiya prezidenti Vladimir Putin ilә görüş keçirmәk üçün aprelin 8-dә Rusiyaya sәfәr etmәsi gözlәnilir.
Әlaqәli Xәbәrlәr

Daha 6,5 milyon doza peyvənd İstanbula gətirilib
Türkiyənin Çindən aldığı koronavirus peyvəndinin ikinci hissəsi Ankaraya çatdırılıb.