"İstanbul Hava Limanının fövqəladə bir layihədir", J.Bischof

Hava yolu şirkəti “SunExpress”in baş direktoru Jens Bischof İstanbul Hava Limanının fövqəladə layihə olduğunu söyləyib.

1170049
"İstanbul Hava Limanının fövqəladə bir layihədir", J.Bischof

Hava yolu şirkəti “SunExpress”in baş direktoru Jens Bischof İstanbul Hava Limanının fövqəladə layihə olduğunu söyləyib.

Bischof Almaniyanın “Welt am Sonntag” qəzetinə müsahibəsində deyib: “Türkiyədəki hava yolu hərəkətinin infrastruktur tikintisi ölkə iqtisadiyyatının əhəmiyyətli şəkildə inkişafına töhfə verdiyinin göstəricisidir”.

İstanbul Hava Limanının müasir və səmərəli olacağını ifadə edən Bischof “Açılış mərasimində iştirak etdim. Fövqəladə bir layihədir” ifadəsini işlədib.

Bischof Türkiyə Hava Yolları (THY) və Almaniyanın Lufthansa şirkətinin birgə quruluşu olan “SunExpress”in uzun müddətdir davam edən Türkiyə-Almaniya tərəfdaşlığının nəcə uğurlu şəkildə işləyə biləcəyinin həqiqi nümunəsi olduğunu bildirib: “Türkiyə güclənən bir bazardır. Şirkətimiz 2017 və 2018-ci ildə qoşa rəqəmli inkişaf reallaşdırdı. Şirkət tarixinin ən yaxşı nəticəsini əldə etdik. Bunu 2019-cu il üçün də planlaşdırırıq. “SunExpress” Avropanın 36 şəhərindən Türkiyədə 18 nöqtəyə uçuş reallaşdırır”.



Әlaqәli Xәbәrlәr