R.T.Әrdoğan Çanaqqala Zәfәrinin 104-cü ildönümü münasibәtilә keçirilәn tәdbirdә çıxış etdi

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Yeni Zelandiyadakı iki mәscidә hücum tәşkil edәrәk 50 nәfәri qәtlә yetirәn terrorçunun dırnaqarası manifestinә reaksiya göstәrәrәk deyib: ‘‘İstanbulu Konstantinopola çevirә bilmәyәcәksiniz’’.

1165698
R.T.Әrdoğan Çanaqqala Zәfәrinin 104-cü ildönümü münasibәtilә keçirilәn tәdbirdә çıxış etdi

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Yeni Zelandiyadakı iki mәscidә hücum tәşkil edәrәk 50 nәfәri qәtlә yetirәn terrorçunun dırnaqarası manifestinә reaksiya göstәrәrәk deyib: ‘‘İstanbulu Konstantinopola çevirә bilmәyәcәksiniz’’.  

Rәcәb Tayyib Әrdoğan Çanaqqala Zәfәrinin 104-cü ildönümü münasibәtilә tәşkil edilәn mәrasimdә iştirak edib.

Mәrasimdә açılış nitqi ilә çıxış edәn prezident Әrdoğan bildirib ki, yaxınları bu torpaqlarda şәhid olan bütün qardaşlarımızı salamlayıram. Әmanәtlәrinә gözümüz kimi baxırıq.

Bütün şәhidlәrә Allahdan rәhmәt dilәyәn Әrdoğan bәzi qüvvәlәrin Türkiyәnin sәbrini vә qәtiyyәtini vaxt keçsә dә sınamağa davam etdiyini vurğulayıb.

‘‘Bu qüvvәlәr Suriya ilә sәrhәddә terror dәhlizi yaratmağa çalışaraq, İraq ilә sәrhәddә eyni yollara baş vuraraq, Kıbrısda (Kipr), Şәrqi Aralıq dәnizindә hüquqlarımızı tanımayaraq Türkiyәnin sәbrini sınağa çәkir. Sәbrimizi  Avropada xüsusilә dә Almaniyada vә  Fransada mәscidlәrimizә, dәrnәklәrimizә  vә vәtәndaşlarımıza hücum edәrәk sınağa çәkir.  Ölkәmizdәki küçәlәri qarışdıraraq, dövlәt çevrilişinә cәhd görtәrәrәk vә qaranlıq ittifaqlar quraraq sәbrimizi sınağa çәkir. İqtisadiyyatımıza hücum edәrәk, hәtta  bәzәn ölkәmizdәn 16 min 500 kilometr mәsafәdә yerlәşәn Yeni Zellandiyada verdiklәri mesajla sәbrimizi sınağa çәkirlәr''.

Yeni Zelandiyadakı terror hücumuna toxunan Ərdoğan deyib: ‘‘Çanaqqaladan 104 il sonra müraciәt edirik: ‘‘ Hisslərinizi vә niyyətinizi anladıq. Kininiz vә  nifrətinizin canlı olduğunu anladıq. Bir terrorçunun 50 müsəlmanı qətlə yetirməsinin də nə olduğunu anladıq. Yaşadığımız torpaqları da aldığımız nəfəsi də bizə çox gördüyünüzü də anladıq. ‘‘Anadolu qitәsindәn Avropa qitәsinә keçә bilmәyәcәksiniz’’ deyәnin dә nә növ terrorçu olduğunu anladıq. Bu fәrdi bir düşüncә deyil, tәşkilat düşüncәsidir’’.



Әlaqәli Xәbәrlәr