Rәcәb Tayyib Әrdoğan vә Narendra Modi arasında telefon danışığı olub

Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

1161536
Rәcәb Tayyib Әrdoğan vә Narendra Modi arasında telefon danışığı olub

 

Türkiyə  Pakistan ilə Hindistan arasındakı gərginliyin səngiməsi üçün sәylәr göstәrir.

Türkiyә prezidenti  Rəcəb Tayyib Ərdoğan vә  Hindistanın Baş naziri Narendra Modi arasında telefon danışığı olub.

Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib. Mәlumata әsasәn, görüşdә Pakistan-Hindistan sәrhәddindә baş verәn hadisәlәr qiymәtlәndirilib.

Xatırladaq ki, Türkiyә prezidenti Pakistan-Hindistan sәrhәddindә yaşanan hadisәlәr ilә bağlı fevralın 28-dә Pakistan Baş naziri İmran Xan vә martın 8-dә Birlәşmiş Millәtlәr Tәşkilatının baş katibi Antonio Quterreşlә telefon әlaqәsi saxlamışdı.

Qeyd edәk ki, Hindistan ilә Pakistan arasındakı son gәrginlik Kәşmirin Hindistanın nәzarәtindәki hissәsindәki polis mәntәqәsinә tәşkil edilәn hücum nәticәsindә başlamışdı. Hadisә zamanı 44 hәrbçi hәlak olmuşdu.

Yeni Dehli rәhbәrliyi hücumun Pakistan tәrәfindәn törәdildiyini bildirmişdi.

Hücumu pislәyәn Pakistan isә bu iddiaları rәdd etmişdi.

Hindistan fevralın 26-da Kәşmir Nәzarәt Xәttinin Pakistan tәrәfindәki terror hәdәflәrinә hәva zәrbәlәri endirdiyini açıqlamışdı.

Pakistan  isә iki ölkə arasındakı gərginlikdən sonra hava məkanını pozduqlarını səbəb göstərərək,  Hindistana məxsus iki qırıcını vurmuşdu.



Әlaqәli Xәbәrlәr