Süleyman Soylu: ‘‘Türkiyә vә İran PKK-ya qarşı birgә әmәliyyat keçirәcәk’’

Türkiyə və İran PKK terror təşkilatına qarşı birgə əməliyyatlar keçirəcək.

1158265
Süleyman Soylu: ‘‘Türkiyә vә İran PKK-ya qarşı birgә әmәliyyat keçirәcәk’’

 

Türkiyə və İran PKK terror təşkilatına qarşı birgə əməliyyatlar keçirəcək.

Bu barәdә Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu mәlumat verib.

Anadolu agentliyinә müsahibә verәn Süleyman Soylu gündәmdәki aktual mәsәlәlәri qiymәtlәndirib.

Süleyman Soylu qeyd edib ki, son illәrdә terror tәşkilatına endirilәn zәrbәlәr nәticәsindә çox sayda terroçu zәrәrsizlәşdirilib, çox sayda terrorçu tәslim olub.

Suriya ilә sәrhәddә ciddi tәdbirlәrin görüldüyünü deyәn Süleyman Soylu Türkiyәnin cәnubunda әn müasir sistemlәrin qurulduğunu vurğulayıb.

İranla da bu mәsәlә ilә bağlı   әmәkdaşlıq etdiklәrini deyәn Süleyman Soylu qeyd edib ki, Türkiyә vә İran  PKK-ya qarşı birgә әmәliyyatlar keçirәcәk.


Etiketlәr: #Türkiyə , #İran , #PKK

Әlaqәli Xәbәrlәr