Mövlud Çavuşoğlu: "Bugünkü qlobal sistem problemləri həll etməkdə səriştəli deyil"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu qlobal sistemin problemləri həll etməkdə səriştəsiz olduğunu söylədi.

1158291
Mövlud Çavuşoğlu: "Bugünkü qlobal sistem problemləri həll etməkdə səriştəli deyil"

 Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Balıkesir Bandırma On Yeddi Sentyabr Universitetinin tələbələri ilə görüşdü.

Xarici İşlər naziri görüşdə xarici siyasət haqqında danışdı.
 
 Xarici siyasətdə ədalətli və prinsipial münasibət göstərilmədiyi təqdirdə, bütün təşəbbüslərin sözdə qalacağını və sözün heç bir hökmünün olmadığını qeyd edən Çavuşoğlu bugünkü qlobal sistemin problemləri həll etməkdə səriştəsiz olduğunu vurğuladı.
 
 Çavuşoğlu: "Birləşmiş Mİllətlər Təşkilatı, Avropa İttifaqı, Avropa Şurası və başqaları. Bu gün danışdığım bu problemləri müvəffəqiyyətl həll edə bilirlərmi ? Qabaqlayıcı siyasətləri varmı? Toqquşmaları dayandıra bilirlərmi? Gözləntiləri doğrulda bilirlərmi? Qərar mexanizmləri işləyirmi? Yəni qısası, bugünkü qlobal sistem səriştəli deyil, elə deyilmi?" dedi.
 
Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqı kimi qurumların yaradılmasından sonra Avropanı birləşdirən dəyərlərin hamısını erroziyaya məruz qoyan, kökündən sarsıdan neqativ proseslərin cərəyan etdiyini dilə gətirən Çavuşoğlu: "Dözümsüzlük, irqçilik, islamofobiya, özündən olmayan hər kəsə qarşı nifrət, miqrant düşmənçiliyi kimi, yəni bəşəriyyətin və inancımızın qadağan etdiyi nə qədər şey varsa, cərəyanlar varsa, bunları görürük və bu, II Dünya müharibəsindən əvvəl Avropanı və dünyanı bizə xatırlatmağa başladı" deyə sözünə davam etdi.
 
 Çıxışdan sonra tələbələrin suallarını da cavablandıran Çavuşoğlu daha sonra universitetdə bəzi açılışlar həyata keçirdi.



Әlaqәli Xәbәrlәr