Ərdoğan Amerikaya rəsmi səfərə gedə biləcəyini açıqladı

Türkiyənin özel televiziya kanalına müsahibə verən Ərdoğan deyib...

1151309
Ərdoğan Amerikaya rəsmi səfərə gedə biləcəyini açıqladı

  Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 31 martdan sonra Amerika Birləşmiş Ştatlarına rəsmi səfərə gedə biləcəyini açıqladı.

  Türkiyənin özel televiziya kanalına müsahibə verən Ərdoğan deyib:

  “ABŞ prezidenti Donald Trampla telefonda danışdıq. Birbaşa özü dəvət etdi. Mən isə ona “Əvvəlcə biz sizi Türkiyədə gözləyirik” dedim. Hər bir halda mən dəvəti qəbul etdim: 31 martdan sonra bəlkə Amerikaya getdim, Vaşinqtonda oldum, ya da Tramp özü Türkiyəyə gələ bilər.

  Biz Suriyada neytral bölgə yaradılması ilə bağlı bəlli bir mərhələyə gəlmişik. Əgər bu məsələ bizim strategiya anlayışımızdan kənarda qalarsa, bunu qəbul edə bilmərik. Çünkü bizim sərhədimzidə bir neytral bölgə olacaqsa, o da bizim nəzarətimizdə olacaq.

  Afrin, Celabrus və Əl-Babda yaradılan huzur və istiqrarı sərhəd bölgəsində də istəyirik.  

  ABŞ-ın Suriyadan çəkilmə qərarı həm ölkələrimizin mənfəəti, həm də Suriyanın topraq bütünlüyü üçün önəmlidir, amma siyasi birlik əleyhinə proseslərə gedilməsinə razı deyilik. Çəkilmədən sonra yaranacaq boşluğun terror təşkilatları ilə neytral bölgə halına gətirilməsinə müsaidə etməyəcəyik.

  Münbiç yol xəritəsinin həyata keçirilməsi müddəti sürətlə tamamlanmalıdır. Bundan artıq gecikmə olmadan Türkiyə Münbiçi PYD/YPG-dən təmizləməlidir. Bir az da gözləyirik, oldu, olmadı, bir gecə xəbər vermədən ora gedəcəyik."



Әlaqәli Xәbәrlәr