İbrahim Kalin Misirdə 9 gəncin edamına reaksiya bildirdi

“Twitter”dən Misirdə edam edilən 9 adamın fotoşəklini paylaşan İ.Kalın yazıb...

1151498
İbrahim Kalin Misirdə 9 gəncin edamına reaksiya bildirdi

  Türkiyə Prezident Aparatı sözçüsü İbrahim Kalin Misirdə 9 gəncin edamına reaksiya bildirdi.

  “Twitter”dən Misirdə edam edilən 9 adamın fotoşəklini paylaşan İ.Kalın yazıb: “Qərb və Körfəz ölkələrinin önünə qırmızı xalçalar sərən Sisi rejiminin edam etdiyi doqquz gənc. Hər kəs bu cinayətin günah ortağıdır”.

  Qeyd edək ki, 2015-ci ildə Misirdə Baş prokuror Hişam Berekata qarşı sui-qəsddə təqsirləndirilən 9 şübhəli bu ilin 20 fevralında edam cəzasına məhkum edilmişdi.



Әlaqәli Xәbәrlәr