ABŞ-ın Ankaradakı Səfirliyi Türkiyənin “Uyğur Türkləri” ilə əlaqədar açıqlamasına dəstəyini bildirdi

Türkiyənin Xarici İşlər Nazirliyi Çin rəsmilərinin Uyğur Türklərinə yönəldilmiş sistemli assimilyasiya siyasətinin bəşəriyyət üçün utanc qaynağı olduğunu bildirmişdi.

1146199
ABŞ-ın Ankaradakı Səfirliyi Türkiyənin “Uyğur Türkləri” ilə əlaqədar açıqlamasına dəstəyini bildirdi

ABŞ-ın Ankara Səfirliyi Türkiyənin “Uyğur Türkləri” ilə əlaqədar açıqlamasına dəstəyini bildirdi.

ABŞ-ın Ankaradakı Səfirliyinin rəsmi “Twitter” səhifəsində “ABŞ Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasındakı “Səbəbsiz həbs qərarına məruz qalan bir milyondan artıq Uyğur Türkünün toplama düşərgələrində və həbsxanalarda işgəncə və Çinin öz siyasəti barədə bəyin yumağa məruz qaldıqları artıq sirr deyil” ifadələri yer tutub.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Çin rəsmilərinin Uyğur Türklərinə yönəldilmiş sistemli assimilyasiya siyasətinin bəşəriyyət üçün utanc qaynağı olduğunu bildirmişdi.

Çin rəsmilərini  toplama düşərgələrini bağlamağa dəvət edən Nazirlik “Türkiyə ictimaiyyətinin Uyğur Türklərinin məruz qaldıqları ağır insan haqları pozuntuları barədəki reaksiyasına Çin rəsmiləri tərəfindən diqqət yetirilməsini gözləyirik” ifadəsini işlətmişdi.

Dünya miqyasında çoxlu sayda hökumət, beynəlxalq təşkilat və qeyri-hökumət təşkilatları Çinin Uyğur Türklərinə qarşı tətbiqlərinə reaksiya göstərir.

Avropa İttifaqı (Aİ) Çinlə iyul ayında paytaxt Pekində keçirdiyi İnsan Haqları Dialoqu yığıncağından sonra insan hüquqları müdafiəçiləri, dini inanclarına görə zülm görən insanlar və söz azadlığı ilə təməl insan haqlarına zidd şəkildə həbs edilən Tibetlilərin və Uyğurların sərbəst buraxılmasını istəmişdi.

ABŞ Konqresində gündəmdə olan bir qanun layihəsi 1 milyondan artıq Uyğur Türkünün məruz qaldığı ağır insan haqları pozuntularına görə ABŞ idarəsinin Çinə sanksiya tətbiqini tələb edir.

BMT-nin İrqi Ayrı-Seçkiliyin Aradan Qaldırılması üzrə Komitəsi 2018-ci il avqustun 30-da hazırladığı hesabatda düşərgələrdə 1 milyondan artıq Uyğurun həbs edildiyinə dair təxminlər olduğunu qeydiyyata salmış və bunun dəhşətli səviyyəyə çatdığını vurğulamışdı.

Avropa Parlamenti də oktyabr ayında qəbul etdiyi qərarla toplama düşərgələrinin dərhal bağlanmasını və insanların azadlığa buraxılmasını istəmişdi.   

Beynəlxalq Əfv Təşkilatı İnsan Haqları Müşahidə Təşkilatı və xeyli sayda beynəlxalq qeyri-hökumət təşkilatı ağır insan haqları pozuntularına məruz qalan azı 1 milyon Uyğur Türkünün vəziyyətini müzakirə etməsi, bölgəyə müşahidəçi heyət göndərməsi və həqiqətləri ortaya çıxarması üçün BMT İnsan Haqları Şurasına çağırış etmişdi.

Çin beynəlxalq ictimaiyyətdə “toplama düşərgələri” tərzində adlandırılan yerlərin “peşə təlim mərkəzi” olduğunu və buralarda saxladığı şəxsləri “ifrat səviyyədəki düşüncələrdən kənarlaşdıraraq ictimaiyyətə qazandırmağı” hədəf götürdüyünü iddia edir. 

BMT və digər beynəlxalq təşkilatlar düşərgələrin tədqiqata açılması çağıraraq, Çinin indiyədək özünün müəyyən etdiyi düşərgənin bir neçə xarici diplomat və mətbuat mənsubu tərəfindən qismən görüşünə icazə verdi.

BMT rəsmilərindən birbaşa məlumat almaq məqsədilə bölgədə sərbəst şəkildə tədqiqat aparma tələbini isə Çin rəsmiləri qəbul etmir.



Әlaqәli Xәbәrlәr