Türkiyə Hərbi Dəniz Qüvvələrinin Ədən körfəzində mandatı uzadıldı

Türkiyə Böyük Millət Məclisi (TBMM) bununla bağlı Nazirlər Kabinetinin hazırladığı qanun layihəsini qəbul edib.

1139891
Türkiyə Hərbi Dəniz Qüvvələrinin Ədən körfəzində mandatı uzadıldı

Türkiyə Hərbi Dəniz Qüvvələrinin Ədən körfəzində mandatı uzadılıb. 

Türkiyə Böyük Millət Məclisi (TBMM) bununla bağlı Nazirlər Kabinetinin hazırladığı qanun layihəsini qəbul edib.  

Bildirilir ki, Türkiyə bayrağı ilə üzən və bu ölkəyə bağlılığı olan mülki gəmilərin təhlükəsizliyini təmin edən hərbi gəmilər Ədən körfəzində fevralın 10-dan başlayaraq daha bir il fəaliyyət göstərəcək.

Türkiyə donanması daha bir il müddətinə Ədən körfəzi, Somali ərazi suları, Ərəb dənizi və s. qalacaq. 

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qərarı əsasında Türkiyənin hərbi gəmiləri Ədən körfəzi, Somali suları və Ərəb dənizi ərazisində təhlükəsizlik missiyası həyata keçirir.



Әlaqәli Xәbәrlәr