Rәcәb Tayyib Әrdoğan  Venesuela mәsәlәsi ilә bağlı ABŞ vә Avropa İttifaqına reaksiya göstәrdi

Türkiyәnin Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  Venesuelanın daxili mәsәlәlәrinә müdaxilә edәn Amerika Birlәşmiş Ştatları vә Avropa İttifaqına üzv dövlәtlәrә reaksiya göstәrib.

1139240

Türkiyә prezidenti vә Әdalәt vә İnkişaf Partiyasının sәdri Rәcәb Tayyib Әrdoğan partiyasının Türkiyә Böyük Millәt Mәclisindә keçirilәn qrup toplantısında çıxış edib.

Toplantıda Venesueladakı proseslәri qiymәtlәndirәn  prezident Rәcәb Tayyib Әrdoğan Amerika Birlәşmiş Ştatları vә Avropa İttifaqına üzv dövlәtlәrin bu ölkәnin daxili mәsәlәlәrinә müdaxilә etmәlәrinә reaksiya göstәrib.

Reaksiyasını ‘‘Venesuela senin ştatındırmı?’’ şәklindә ifadә edәn Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Seçkilәrlә vәzifәyә gәlmiş şәxsә necә postundan get deyә bilәrsәn? Xalq tәrәfindәn seçilmәyәn  Xuan Quaidoya dövlәtin rәhbәrliyini necә verә bilәrsәn? Belә bir anlayış ola bilәrmi? Bunu qәbul etmәk olarmı? Avropa İttifaqının da mövqeyini gördük’’.

‘‘Bir tərəfdən demokratiya, seçkilәr deyirsiniz  ondan sonra da zorla və hiylə ilə  hökuməti devirirsiniz.  Güclünün haqlı olduğu  dünyanı biz qəbul etmirik. Haqlının güclü olduğu bir dünyanı qəbul edirik. Bu anlayışla yolumuza davam etmәliyik. Güclülərin hegemon olduğu format bizim sivilizasiya anlayışımıza uyğun deyil'',-deyә Türkiyә prezidenti qeyd edib.

Әlaqәli Xәbәrlәr