Rəcəb Tayyib Ərdoğan Münçibdəki YPG üzvü terrorçuların sayını açıqladı

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ-ın terror təşkilatı PKK-nın Suriyadakı davamı olan YPG-nin Münbiçi boşaldacağını söylədiyini bildirərək, Münçibdəki YPG üzvü terrorçuların sayını açıqladı.

1132827
Rəcəb Tayyib Ərdoğan Münçibdəki YPG üzvü terrorçuların sayını açıqladı

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ-ın terror təşkilatı PKK-nın Suriyadakı davamı olan YPG-nin Münbiçi boşaldacağını söylədiyini bildirərək, Münçibdəki YPG üzvü terrorçuların sayını açıqladı.

Ərdoğan Putin ilə görüşündən sonra dünən Moskvadan ölkəyə qayıdarkən təyyarədə verdiyi açıqlamada bildirdi ki, hazırda Münbiçdə əlimizdəki rəqəmlərə görə bin PYD/YPG-li var. Bunu qəbul etməyənlər var, amma vəziyyət budur. Şəhərin əhalisinin 85-90 faizi sünni ərəblərdən ibarətdir. Şəhərin həqiqi yiyələrinin kim olduqları məlumdur. ABŞ da Rusiya da bu terrorçuların şəhərdən çıxarılacağını söyləyir. Buna ümid edirik və Fəratın şərqinə bunlar göndərilər.

Suriyada Türkiyənin hədəfində terror təşkilatlarının olduğunu qeyd edən Ərdoğan vurğuladı ki, İdlibdə Münbiçdə, Fəratın şərqində təhlükəsizlik və sabitliyi təmin edəcək gücümüz var. PYD/YPG mövzusundakı mövqeyimiz da məlumdur və dəqiqdir. Biz Suriyadakı kürd qardaşlarımızın təhlükəsizliyinə hər kəsdən daha çox əhəmiyyət veririk. Deməli bu məsələdə terror təşkilatı PYD/YPG ilə kürd qardaşlarımızı bir tutmağın izah ediləcək tərəfi yoxdur.

Prezident Ərdoğanın gündəmində Türkiyə və Suriya arasında 1998-ci ildə imzalanan Adana razılaşması da öz yerini tutdu.

Bu razılaşmanın “önəmli bir addım” olduğunu vurğulayan dövlət başçısı “Bunun Türkiyənin bölgədəki nüfuzunu hiss etdirə biləcəyi əhəmiyyətli bir razılaşma olduğunu düşünürəm. Türkiyəni buraya kim dəvət etdi deyənlərin qarşısına bu razılaşmanı gətirməliyik. Razılaşmada ata Əsədin səlahiyyətlilərinin imzası var. Bu razılaşmanın yaşxı qiymətləndirilməsi lazımdır” deyə bildirdi.

Astana prosesini sona çatdırma cəhdində olanlara diqqət çəkən Ərdoğan onu da dedi ki, Suriyada dinclik mövzusunda hələ son mərhələyə gəlindiyini hiss etmirik. Biz hər zaman Astana prosesinin daşıdığı əhəmiyyəti dilə gətiririk. Suriyada konstitusiya məsələsini çətənləşdirənlər var.

Türkiyə ilə Rusiya arasında vizasız səyahət mövzusuna da toxunan Ərdoğan prosesdə son mərhələyə qədəm qoyulduğunu bildirərək, “Putinin imzasını gözləyir” deyə ifadə etdi.



Әlaqәli Xәbәrlәr