Milli Müdafiə naziri Hulusi Akar Ceyms Cefrini qəbul etdi

Milli Müdafiə naziri Hulusi Akar ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrini qəbul etdi.

1133337
Milli Müdafiə naziri Hulusi Akar Ceyms Cefrini qəbul etdi

Milli Müdafiə naziri Hulusi Akar ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrini qəbul etdi.

Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərin də iştirak etdiyi görüşdə Münbiç və Fəratın şərqi başda olmaqla Suriyada son zamanlarda baş verən hadisələr müzakirə olundu.

Akar Cefriyə Türkiyənin beynəlxalq hüquq və sazişlərə əsaslanan haq və mənfəətlərinin qorunması barədəki qətiyyətini ifadə etdi.

Görüşdə həmçinin Türkiyənin ABŞ-ın terror təşkilatı YPG/PKK ilə əlaqələrinə son qoyması və Münbiçlə bağlı yol xəritəsinin sürətlə tamamlanmasına dair gözləntisi vurğulandı.

Suriyanın torpaq bütövlüyünə olan həssaslığın da dilə gətirildiyi görüşdə iki ölkənin birgə fəaliyyət göstərərək problemləri həll edə biləcəyi barədəki düşüncələr bölüşüldü.



Әlaqәli Xәbәrlәr