"Suriyanın şimalında həyata keçirilən teror hücumlarında 2 mindən çox insan şəhid olub"

Prezident Aparatının İctimaiyyətlə Əlaqələr şöbəsinin sədri professor Fahrettin Altun  Türkiyənin şimalında terror bataqlığının qurudulacağını söylədi.

1128536
"Suriyanın şimalında həyata keçirilən teror hücumlarında 2 mindən çox insan şəhid olub"

Prezident Aparatının İctimaiyyətlə Əlaqələr Şöbəsinin sədri professor Fahrettin Altun  Türkiyənin şimalında terror bataqlığının qurudulacağını söylədi.

Altun 2015-ci ildən bəri çoxu Suriyanın şimalında planlanan teror hücumlarında 2 mindən çox insanın şəhid olduğunu bildirdi. 
Fahrettin Altun "Twitter" hesabından, terror təşkilatı PKK / YPG, DEAŞ və FETÖ-nun bir neçə ildə Türkiyədə gerçəkləşdiyi hücumlarının görüntülərindən ibarət bir video paylaşdı.
ABŞ senatoru Lindsey Grahamın Türkiyəyə səfərindən əvvəl edilən paylaşmada Türkiyənin terrorla mübarizədə qətiyyətinə və haqlılığına diqqət çəkilır.
Son üç ildə PKK / YPG, DEAŞ və FETÖ terror təşkilatlarının 100-dən çox ölümcül hücumu ilə üzləşən Türkiyənin hər növ terrora qarşı mübarizə apardığı vurgulanır.
Videoda terror təşkilatlarının Türkiyədə gerçəkləşdirdiyi hücumların xronologiyası və görüntüləri ilə birlikdə həyatını itirənlərin və yaralananların məlumatları yer tutur.  
Terror təşkilatlarının 2015-ci ildən bəri 2 mindən çox insanı şəhid etdiyini bildirən Altun terror təşkilatlarının bu teror hücumlarının çoxunu Suriyanın şimalında planlaşdırdığına diqqət çəkmişdir.
"Millətimiz bu hücumlardan çox zərər çəkdi. Ədalət yerini tapana qədər yolumuzdan dönməyəcəyik. Sərhədimizin yaxınlığındakı terror bataqlığını qurutmadan durmayacağıq" -deyə Fahrettin Altun vurğuladı.



Әlaqәli Xәbәrlәr