Türkiyə Qambiyaya hərbi yardım göndərdi

Türkiyə Qərbi Afrika ölkələrindən Qambiyaya hərbi avadanlıq yardımı göndərdi.

1126766
Türkiyə Qambiyaya hərbi yardım göndərdi

Türkiyə Qərbi Afrika ölkələrindən Qambiyaya hərbi avadanlıq yardımı göndərdi.

Türkiyədən göndərilən hərbi yardım paytaxt Banjudakı hərbi qərargahdakı təhvil vermə mərasimində Qambiyanın Baş Qərargah rəisi general Masanneh Kinteh Türkiyənin Banjul səfiri İsmayıl Sefa Yüceer ilə xeyli sayda əsgər iştirak etdi.

Səfir Yüceer mərasimdə etdiyi çıxışda Türkiyənin Qambiya ordusuna silah-sursatdan başqa hər sahədə dəstək verməyə hazır olduğunu vurğulayaraq dedi ki,  son 16 ildə Türkiyə Qambiya ordusuna həm təlim, həm avadanlıq mövzusunda köməklik göstərdi və bundan sonra da dəstəyini davam etdirəcək.

Qambiyanın Baş Qərargah rəisi general Kinteh Türkiyədən aldıqları dəstəklərdən duyduğu məmnuniyyəti dilə gətirərək, Qambiya Silahlı Qüvvələrinin məsuliyyətlərini yerinə yetirməsində Türkiyənin ciddi töhfəsinin olduğunu söylədi.

General Kinteh  Türkiyənin indiyə qədər qambiyalı 7 min 500 əsgərə həm ölkə daxilində, həm də ölkədən kənarda təlim keçdiyini vurğuladı.



Әlaqәli Xәbәrlәr