Rәcәb Tayyib Әrdoğan Münbiç mәsәlәsi ilә bağlı bәyanat verdi

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Bәşәr Әsәd qüvvәlәrinin Suriyanın Münbiç bölgәsindәki mövcudluğu ilә bağlı yayılan xәbәrlәrin dәqiq olmadığını ifadә edib.

1115529
Rәcәb Tayyib Әrdoğan Münbiç mәsәlәsi ilә bağlı bәyanat verdi

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Bәşәr Әsәd qüvvәlәrinin Suriyanın Münbiç bölgәsindәki mövcudluğu ilә bağlı yayılan xәbәrlәrin dәqiq olmadığını ifadә edib.

Rәcәb Tayyib Әrdoğan  İstanbulda jurnalistlәrә açıqlama verib vә separatçı terror tәşkilatı YPG/PKK-nın işğal etdiyi Mönbiçә Bәşәr Әsәd güvvәlәrini çağırdığı ilә bağlı yayılan xәbәrlәri qiymәtlәndirib.

‘‘Kәşfiyyat İdarәsi ilә mәsәlәni müzakirә etdik. Bununla bağlı dәqiq mәlumat yoxdur’’,- deyә Rәcәb Tayyib Әrdoğan qeyd edib.

Rәcәb Tayyib Әrdoğan Münbiçdәki hәdәflәrinin terror tәşkilatı YPG/PKK-ya dәrs vermәk olduğunu ifadә edәrәk bu mövzudakı qәtiyyәtlәrini vurğulayıb.

‘‘Sabah Türkiyәnin nümayәndә heyәti Rusiyaya sәfәr edәcәk. Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlunun rәhbәrlik etdiyi nümayәndә heyәtinә Müdafiә naziri Hulusi Akar, Kәşfiyyat İdarәsinin rәhbәri Hakan Fidan vә eyni zamanda xüsusi tәmsilçim vә sәfirim daxildir. Rusiyaya sәfәr edәcәk  nümayәndә heyәti  bu mәsәlәlәri әtraflı şәkildә müzakirә edәcәk’’,-deyә Türkiyә prezidenti bildirib.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan qeyd edib ki, bu görüşlərin nəticəsinə görə  Rusiya prezidenti ilә arada  telefon danışığı apara bilәrik. Suriya mәsәlәsini ciddi şәkildә müzakirә etmәliyik.

Suriyanın bölünmәsinә qarşı olduqlarını bildirәn Rәcәb Tyyib Әrdoğan: ‘‘Bölgәni terror tәşkilatlarından tәmizlәmәyi hәdәflәyirik’’ deyә qeyd edib.



Әlaqәli Xәbәrlәr