"Qətliama çağıran birinin hər hansı xalqı  tərifləməsi o xalq üçün böhtandır, əziyyətdir”, Ö.Çelik

Ədalət və İnkişaf  Partiyasının sözçüsü Ömər Çelik  İsrailin Ədliyyə nazirinin gücünün prezidentimizi tənqid etməyə çatmayacağını söylədi.

1114271
"Qətliama çağıran birinin hər hansı xalqı  tərifləməsi o xalq üçün böhtandır, əziyyətdir”, Ö.Çelik

 “İsrailin Ədliyyə nazirinin gücü prezidentimizi tənqid etməyə çatmaz”.

Bunu Ədalət və İnkişaf  Partiyasının sözçüsü Ömər Çelik təşkil etdyi mətbuat kofransında deyib.

Çelik İsrailin Ədliyyə naziri Ayelet Şakedin ABŞ-ın Suriyadan geriçəkilmə qərarını qiymətləndirərkən Türkiyəni və prezident Rəcəb Tayyib Ərdoğanı hədəf götürən açıqlamalarına münasibət bildirərək deyib ki, bu nazir daha əvvəl “Fələstinli anaların öldürülməsi” üçün çağırış edən bir şəxsdir. Ruhi xəstəliyi olan bu adamın terror təşkilatı PYD/YPG/SGD-yə xeyir-dua oxuması diqqət çəkir. Prezident Rəcəb Tayyib Ərdoğan ilə əlaqəli olaraq “yəhudi əleyhinə” deyir. Prezidentimiz dünyada anti-semitizm və islamafobiyanın əleyhinə olduğunu ən çox səsləndirən liderlərdən biridir.

Çelik “İsrailin Ədliyyə nazirinin gücü prezidentimizi tənqid etməyə gücü çatmaz. Biz buradan ona cavab vərmək istəyirik, fələstinli anaların öldürülməsini qanuni olaraq qəbul edən, belə qətliama çağıran birinin hər hansı xalqı  tərifləməsi o xalq üçün böhtandır, əziyyətdir”-deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr