Çavuşoğlu: "ABŞ-ın Suriyadan çıxması ilə bağlı irəliləyişlər YPG/PKK-ya xidmət etməməlidir"

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu 2018-ci ildəTürkiyə xarici siyasətini qiymətləndirmə toplantısında çıxış edərək, Türkiyənin Fərat çayının şərqindəki terrorçulara qarşı əməliyyata hazırlıqlarını, ABŞ-ın Suriyadan çıxma qərarını dəyərləndirdi.

1113171
Çavuşoğlu: "ABŞ-ın Suriyadan çıxması ilə bağlı irəliləyişlər YPG/PKK-ya xidmət etməməlidir"


 Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu 2018-ci ildə Türkiyə xarici siyasətini qiymətləndirmə toplantısında çıxış edərək, Türkiyənin Fərat çayının şərqindəki terrorçulara qarşı əməliyyata hazırlıqlarını və ABŞ-ın Suriyadan çıxma qərarını dəyərləndirdi.
 
 Türkiyənin lazım olduğu zaman terrorçulara qarşı əməliyyata başlayacağını vurğulayan Çavuşoğlu: "ABŞ-ın Suriyadan çəkilmə prosesini bu ölkə ilə koordinasiya edəcəyik. ABŞ ilə hər səviyyədə görüşürük" dedi.
 
 Vaşinqtonun çıxma qərarını məmnuniyyətlə qarşıladıqlarını bildirən Çavuşoğlu: "Lakin çəkilmə ilə bağlı irəliləyişlər YPG-yə xidmət etməməlidir" şəklində danışdı.
 
 Terror təşkilatı DEAŞ ilə mübarizə məsələsinə də toxunan Çavuşoğlu: "DEAŞ Suriyanın harasında olursa-olsun, onu məhv edəcəyik. DEAŞ-la mübarizədə terrorçularda başqa hamı ilə əməkdaşlıq edə bilərik. DEAŞ-la mübarizəni aparmağa gücümüz də var" dedi.
 
 Çavuşoğlu 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda vəhşicəsinə qətlə yetirilən Səudiyyə jurnalisti Camal Xaşoqçi cinayətilə bağlı: "Xaşoqçi cinayəti ədliyyə orqanlarına aid bir məsələdir, cinayətdir, amma bunu Səudiyyə Ərəbistanı ilə ikitərəfli bir problem olaraq görmürük. Xaşoqçi cinayəti məsələsində Birləşmiş Millətlər Təşkilatının araşdırması ilə bağlı bəzi ölkələrlə görüşürük" ifadələrini işlətdi.
 
 Çavuşoğlu Yəmən böhranı ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təmas grubunu yanvarın 10-da İstanbulda iclas keçirməyə çağırdıqlarını söylədi.
 
 Türkiyə-ABŞ əlaqələrinin prezident Donald Trampın prezident Rəcəb Tayyib Ərdoğanla telefon görüşündən sonra müsbət istiqamətdə davam etdiyini bildirən Çavuşoğlu ABŞ-da Federal İstintaq Bürosunun (FBI) FətullahçıTerror Təşkilatı (FETÖ) ilə bağlı istintaqa başladığını, ancaq bunun istənilən səviyyədə olmadığını qeyd etdi.
 
 Çavuşoğlu "Twitter" də bölüşdüyü ismarışında isə: "Tunisdə olan FETÖ məktəblərinin bağlanılmasını və bu məktəblərin Türkiyə Maarif Fonduna təhvil verilməsini məmnuniyyətlə qarşılayırıq" deyə bildirdi.
 



Әlaqәli Xәbәrlәr