"ABŞ üzərinə düşəni yerinə yetirdi", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan əsgərlərini Suriyadan geriçəkmə qərarı qəbul edən ABŞ-ın üzərinə düşəni yerinə yetirdiyini söyləyib.

1113352
"ABŞ üzərinə düşəni yerinə yetirdi", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan əsgərlərini Suriyadan geriçəkmə qərarı qəbul edən ABŞ-ın üzərinə düşəni yerinə yetirdiyini söyləyib.

Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup yığıncağında etdiyi çıxışdan sonra jurnalistlərin suallarına cavab verib.

ABŞ-ın əsgərlərini Suriyadan çıxarması ilə əlaqədar suala cavab verən Ərdogan deyib: “ABŞ üzərinə düşəni yerinə yetirdi, amma Fransada prezident Emmanuel Makronun yaydığı açıqlama daha fərqlidir. Ona görə biz hazırda cənab Trampın yaydığı açıqlamaya baxırıq və onunla bu prosesdəki əməkdaşlığımızı  düzgün şəkildə davam etdiririk. Rəsmilərimiz yaxın günlərdə Rusiyanın paytaxtı Moskvaya səfər edəcəklər. Moskvadakı görüşlər çərçivəsində mənim özümün də Rusiya prezidenti cənab Putinlə görüşüm olacaq.”



Әlaqәli Xәbәrlәr