Son bir həftədə 12 terrorçu zərərsizləşdirildi

Son bir həftədə ölkə daxilində həyata keçirilən əməliyyatlarda biri dırnaqarası yüksək vəzifəli terrorçu olmaqla 12 terrorçu zərərsizləşdirildi.

1112575
Son bir həftədə 12 terrorçu zərərsizləşdirildi

Son bir həftədə ölkə daxilində həyata keçirilən əməliyyatlarda biri dırnaqarası yüksək vəzifəli terrorçu olmaqla 12 terrorçu zərərsizləşdirildi.

Daxili İşlər Nazirliyinin həmin mövzuyla bağlı açıqlamasında bildirilib ki, 17-24 dekabr tarixləri arasında 2 min 442 əməliyyat həyata keçirildi. Zərərsizləşdirilən terrorçular arasında boz kateqoriyada yer alan Adnan Sav da var.  Əməliyyatlarda terror təşkilatı PKK ilə irtibatlı 192, Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə irtibatlı 450, terror təşkilatı DEAŞ ilə irtibatlı 17 və solyönümlü terror təşkilatları ilə irtibatlı olduğu bildirilən 15 nəfər saxlanıldı.

Sosial şəbəkə vasitəsilə terror təbliğatı yayanlarla mübarizə aparılır. Həmin çərçivədə 302 hesab tədqiq edilib, 270 nəfər barəsində qanuni əməliyyat aparılıb.

Digər tərəfdən Daxili İşlər Nazirliyi Tunceli vilayətinin Ovacık qəsəbəsində mağaralardan birində gizlənən terrorçulara qarşı əməliyyatın davam etdiyini də açıqlayıb.



Әlaqәli Xәbәrlәr