Türkiyәnin XİN rәhbәri Liviya Dövlәt Şurasının başçısı ilә görüşüb

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu Liviya  Dövlәt Şurasının başçısı Xalid әl-Mişri ilә görüşüb.

1111751
Türkiyәnin XİN rәhbәri Liviya Dövlәt Şurasının başçısı ilә görüşüb

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu Liviya  Dövlәt Şurasının başçısı Xalid әl-Mişri ilә görüşüb.

Liviyanın paytaxtı Tripoliyә rәsmi sәfәr edәn Mövlud Çavuşoğlu Mitiqa hava limanında Liviya Milli Barışıq Hökumәtinin xarici işlәr naziri Mәhәmmәd Tahir Siyala tәrәfindәn qarşılanıb.

Mövlud Çavuşoğlu sәfәri çәrçivәsindә ilk olaraq hәmkarı Siyala ilә görüşüb. Türkiyәnin XİN rәhbәri  daha sonra Liviya  Dövlәt Şurasının başçısı Xalid әl-Mişri ilә görüşüb.

Mövlud Çavuşoğlu Liviya Milli Barışıq Hökumәtinin  başçısı Faiz Mustafa Al-Sarrac tәrәfindә dә qәbul edilib.

Mövlud Çavuşoğlu şәxsi ‘‘Twitter’’ sәhifәsindә verdiyi açıqlamada Mişri ilә keçirdiklәri görüşdә iki ölkә arasındakı ticari vә iqtisadi әlaqәlәri müzakirә etdiklәrini müzakirә etdiklәrini deyib.



Әlaqәli Xәbәrlәr