Nazir Qlobal Miqrasiya Müqaviləsinə münasibət bildirdi

"Qlobal miqrasiya paktının qəbul edilməsi qaçqın problemlərinin həlli istiqamətində atılmış əhəmiyyətli addım hesab edilir". Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

1108960
Nazir Qlobal Miqrasiya Müqaviləsinə münasibət bildirdi

  M.Çavuşoğlu qlobal miqrasiya paktının qəbulundan sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən təşkil edilən tədbirə video-mesaj göndərib:

  “Təəssüf ki, beynəlxalq ictimaiyyət indiyə qədər qaçqınlara və köçkünlərə kifayət qədər yardım edə bilməyib. Bu insanlar hələ də əziyyət çəkir. Əsl əzab onların taleyinin olmamasıdır. Onların əsas ehtiyacları təmin edilməli və sülh şəraitində yaşamalarına zəmin yaradılmalıdır. Təhsil, sağlıq xidmətlərindən məhrum edilməməli və məşqulluqla təmin olunmalıdılar. Bunların gercək ola bilməsi üçün qaçqınlara ev sahibliyi edən ölkələrin təcili dəstəyə ehtiyac duyduqları gözdən qaçmamalıdır.

  Təhsil də xüsusi olaraq əhəmiyyətli mövzudur. Qaçqınların övladlarının gələcəyinin zəmanət altına alına bilməsi üçün lazımlı tədbirlər görülməlidir. Bu çərçivədə qlobaq miqrasiya paktı yaxşı dəyərləndirilməli və qısa müddətdə lazımlı addımlar atılmalıdır.

  Təkcə paktın qəbul edilməsi qədər onun dərhal həyata keçirilməsi əsas şərtdir. Məsuliyyətləri bölüşməyin vaxtı gəlib-çatmışdır.

  2019-cu ildə keçirilməsi nəzərdə tutulan qlobal miqrasiya forumuna daha konkret layihələr təqdim edilməlidir. 4 milyondan çox suriyalı sığınmaçıya ev sahibliyi edən və indiyədək 33 milyard dollar xərcləyən Türkiyə, hazırlıq mərhələsində olduğu kimi, müqavilənin tətbiqinə də dəstək verməyə davam edəcək”.

  Qeyd edək ki, dünyada qaçqın problemini dəstəkləyən Qlobal Miqrasiya Müqaviləsi 17 dekabrda BMT-nin Baş Assambleyasında qəbul edildi. ABŞ və Macarıstan 181 ölkə tərəfindən dəstəklədiyi müqaviləni müsbət qarşılamadı.



Әlaqәli Xәbәrlәr