"Məqsədimiz PKK/YPG-nin tamamilə Münbiçdən çıxarılmasıdır", H.Akar

Milli Müdafiə naziri Hulusi Akar ABŞ tərəfindən terror təşkilatı PKK/YPG-nin Suriyanın Münbiç bölgəsindən çıxarılacağına dair verilən vədlərə əməl edilməyəcəyi təqdirdə lazım olanın yerinə yetiriləcəyini söyləyib.

1109166
"Məqsədimiz PKK/YPG-nin tamamilə Münbiçdən çıxarılmasıdır", H.Akar

Milli Müdafiə naziri Hulusi Akar ABŞ tərəfindən terror təşkilatı PKK/YPG-nin Suriyanın Münbiç bölgəsindən çıxarılacağına dair verilən vədlərə əməl edilməyəcəyi təqdirdə lazım olanın yerinə yetiriləcəyini söyləyib.

Nazir Akar Türkiyə Böyük Millət Məclisinin ümumi iclasında nazirliyinin büdcəsinə dair məlumat təqdim edib.

Çıxışında terrorla mübarizəyə toxunan Akar Türkiyə Silahlı Qüvvələrinin (TSQ) vətən torpaqlarının təhlükəsizliyi və bütövlüyü, millətin suverenliyi, müstəqilliyi üçün terror təşkilatları və bununla bağlı hər təhdid və təhlükəyə qarşı ölkə daxilində və sərhəddən kənarda əzm və qətiyyətli mübarizəsini davam etdirdiyini dilə gətirib.

Münbiçə ehtimal olunan əməliyyata toxunan Akar bildirib ki, buradaki məqsədimiz PKK/YPG-nin tamamilə Münbiçdən çıxarılması, ağır silahların yığışdırılması, zorakılığa qarşı hərəkətlər edən qruplardan təmizlənərək bölgənin təhlükəsizliyinin və sabitliyinin təmin olunması, hakimiyyətin mühbiçlilərə təhvil verilməsi və nəticədə suriyalıların təhlükəsizlik içində evlərinə qayıtmasıdır.  

ABŞ tərəfindən PKK/YPG-nin Münbiçdən çıxarılacağına dair vədlər vərilməsinə baxmayaraq terror təşkilatının Münbiçdə çuxurlar qazdığı, düşərgələr hazırladığının aşkarlandığını xatırladan Akar “Mövzu yaxından təqib edilir, verilən vədlərə əməl edilməyəcəyi təqdirdə digər bölgələrdə olduğu kimi yeri və zamanı gəldiyi anda buradaki terrorçular da qazdıqları çuxurlarda basdırılacaqlar” ifadəsini işlədib.

Akar ayrıca İraqın Sincar bölgəsinin PKK-nın yerləşdiyi, Qəndil bölgəsi kimi olmasına da əsla icazə vərməyəcəklərini söyləyib.



Әlaqәli Xәbәrlәr