Bayraktar TB2 tipli pilotsuz uçuş aparatının ilk uçuşu

Bayraktar TB2 pilotsuz uçuş aparatı Türkiyə Dəniz Donanması üçün ilk uçuşunu reallaşdırdı.

1108131
Bayraktar TB2 tipli pilotsuz uçuş aparatının ilk uçuşu

 Bayraktar TB2 pilotsuz uçuş aparatı Dəniz Donanması üçün ilk uçuşunu həyata keçirdi. 

  Dəniz qüvvələrinə məxsus Çanaqqala hava limanından qalxan Bayraktar TB2 bölgədəki ilk vəzifəsini yerinə yetirdi.

  Baykar Makina Texnik şirkətinin müdiri Səlcuk Bayraktar sosial şəbəkə vasitəsilə yaydığı açıqlamada bildirib ki, Dəniz Donanmasının Bayraktar TB2 pilotsuz uçuş aparatları Çanaqqalada xidmətə başladı: ilk qalxış və enişi reallaşdırdı.

  Qeyd edək ki, Türkiyə Dəniz Donanmasında ilk pilotsuz uçuş aparatından istifadə Muğla rayonunun Dalaman qəsəbəsindən qalxan ANKA-B-lərlə reallaşmışdı. Bu uçuşlar Yunanıstan Hava Qüvvələrini həyəcan vəziyyətinə gətirmiş, F-16 döyüş təyyarələri ANKA-nı təqibə başlamışdı.

  Bayraktar TB2 pilotsuz uçuş aparatının bölgəyə nəzarət, qaçqın keçişi, qaçaq ov kimi xidməti vəzifələrdə Dəniz Donanmasına əhəmiyyətli təsir edəcək.



Әlaqәli Xәbәrlәr