Mevlüt Çavuşoğlu: “İnsan  hüquqları pozuntularına qarşı mübarizə edirik”

Türkiyə insan hüquqlarını qorumaqda dünya ölkələri üçün nümunə təşikl edir. Bunu Xarici işlər naziri Mevüt Çavuşoğlu deyib.

1103670
Mevlüt Çavuşoğlu: “İnsan  hüquqları pozuntularına qarşı mübarizə edirik”

Xarici işlər naziri Mevlüt Çavuşoğlu BMT -nin İnsan Hüquqları Beynəlxalq Bəyannaməsinin qəbulunun 70-ci il dönümü münasibətiylə bəyanat yayıb. Nazir vurğulayıb ki, BMT üzvü Türkiyə, dünyanın müxtəlif ölkələrində hökm sürən insan hüquqları pozuntularına qarşı güclü mübarizə edir. Ölkəmizin bu sahədəki mübarizəsi beynəlxalq cəmiyyət üçün nümunə hesab edilir. İnsan hüquqları pozuntularının ən aza endirilməsi və qarşısının alınması üçün beynəlxalq təşkilatlar yanında   fikirlirini    səsləndirməkdə  imtina  etmir. Bu təşkilatlar ilə güclü əməkdaşlıq edir. Türk xalqının demokratiya və insan hüquqlarına sədaqət və hörmətinə bütün dünya, Fəthullah terror təşkilatının 15 İyul 2016-cı il çevriliş cəhdi əsnasında şahid oldu. Türkiyə insan hüquqlarını qorumaq və irəli pillələrə qaldırmaq uğrunda lazımlı addımları indən sonra da atmaqda davam edəcək.



Әlaqәli Xәbәrlәr