Ərdoğanın söz verdiyi universitet Sudanda açıldı

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğanın Sudanda universitet açılmasına dair verdiyi söz Tibb Elmləri Universiteti tərəfindən yerinə yetirildi. Sudanda Nyala Səhiyyə Xidmətləri Ali Məktəbi açıldı.

1100069

Tibb Elmləri Universitetindən bununla bağlı verilən məlumatda prezident Ərdoğanın ötən il (24-25 dekabr 2017-ci il) Sudan Xartum Universitetində etdiyi çıxışında Sudanda universitet açılmasına dair söz verdiyi xatırladıldı.
 
Məlumata görə, Sudan Nyala Səhiyyə Xidmətləri Ali Məktəbi  Sudan prezidenti Ömər Əl-Bəşir tərəfindən mərasimlə açılıb.
 
 Açılış mərasimində çıxış edən Bəşir ali məktəbin Sudanda tibbi təhsilə olan tələbatın ödənilməsində mühüm rol oynayacağını qeyd edib, prezident Ərdoğana, Türk xalqına və hökumətə, Sudan xalqına verdiyi dəstəyə görə minnətdarlıqlarını  ifadə edib.
 
 Tibb Elmləri Universiteti Afrika Səhiyyə İşləri Araşdırma və Tətbiq Mərkəzinin direktoru professor Həsən Hüseyn Eker  məktəbin məqsədinin daha keyfiyyətli səhiyyə kadrlarının formalaşmasına kömək etmək olduğunu söyləyib.
 
Sudan Nyala Səhiyyə Xidmətləri Ali Məktəbinin müdiri Məsud İkiz  məktəbin 2018-2019 təhsil və tədris ilində fəaliyyətə başladığını bildirib.

Әlaqәli Xәbәrlәr