Noyabr ayında 170 terrorçu zərərsizləşdirildi

Noyabr ayında ölkə daxilində və ölkə sərhədlərindən kənarda həyata keçirilən əməliyyatlarda, aralarında təşkilatın dırnaqarası rəhbərlərinin də olduğu 170 terrorçu zərərsizləşdirildi.

1099494
Noyabr ayında 170 terrorçu zərərsizləşdirildi

Türkiyənin sülh, dinclik və təhlükəsizliyini pozmaq üçün sivilləri, uşaqları və çağaları belə hədəf götürməkdən imtina etməyən terror təşkilatı YPG/PKK-ya qarşı noyabr ayında ölkə daxilində və ölkə sərhədlərindən kənarda həyata keçirilən əməliyyatlarda, aralarında təşkilatın dırnaqarası rəhbərlərinin də olduğu 170 terrorçu zərərsizləşdirildi.

Türkiyə Silahlı Qüvvələri (TSQ), Polis Baş İdarəsi, Jandarm Komandanlığı və Milli Kəşfiyyat İdarəsinin ölkənin əmin-amanlıq ilə qardaşlığını pozmağa çalışan terror təşkilatlarına qarşı amansız təqibi, təhlükəsizlik gözətçilərinin da dəstəyi ilə qətiyyətli şəkildə davam ədir.

Noyabr ayında ölkə daxilində və ölkə sərhədlərindən kənarda həyata keçirilən əməliyyatlarda, aralarında təşkilatın dırnaqarası rəhbərlərinin də olduğu 170 terrorçu zərərsizləşdirildi. Zərərsizləşdirilən terrorçular arasında Daxili İşlər Nazirliyinin “Terrordan axtarışa verilən siyahısı”nda “boz” və narıncı” kateqoriyada yer alan lider kadrından terrorçular da var.

Təhlükəsizlik qüvvələri ölkə xaricində olduğu kimi ölkə daxilində də terror ünsürlərini məhv etmək üçün fəaliyyətlərini davam etdirir.



Әlaqәli Xәbәrlәr