Türkiyə Astanada keçirilən Suriya mövzulu yığıncağa münasibət bildirdi

Yığıncaqda Suriyanın suverənliyi ilə torpaq bütövlüyünə qəsd edən və qonşu ölkələrin milli təhlükəsizlikləri üçün təhdid olan seperatçı məsələlərə qarşı mövqeyin təsdiqləndiyi bildirildi.

Türkiyə Astanada keçirilən Suriya mövzulu yığıncağa münasibət bildirdi

Türkiyə Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya mövzulu yüksək səviyyəli yığıncaqda Suriyanın suverənliyi ilə torpaq bütövlüyünə qəsd edən və qonşu ölkələrin milli təhlükəsizlikləri üçün təhdid olan seperatçı məsələlərə qarşı mövqeyin təsdiqləndiyini bildirdi.

Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, Suriya üzrə Astana prosesi çərçivəsində növbəti - 11-ci görüş keçirildi. Terrorla mübarizə arxasında sahədə yeni reallıqlar yaratma cəhdləri rədd edilərək, Suriyanın suverənliyi ilə torpaq bötüvlüyünə qəsd edən və qonşu ölkələrin milli təhlükəsizlikləri üçün təhdid olan seperatçı məsələlərə qarşı mövqe təsdiqləndi. Ümumi olaraq Suriya münaqişəsinə həll tapılması çərçivəsində göstərilən cəhtlərdəki həmrəylik və sahədəki vəziyyət müzakirə olundu. Bu çərçivədə Konstitusiya Komitəsilə əlaqədar məsləhətləşmələrin artırılması və Komitənin yaxın zamanda qurulması barədəki birgə mövqe ifadə edildi. İdlib gərginliyi azaltma bölgəsindəki vəziyyətin sabitliyə qovuşdurulmasına dair məmorandumun həyata keçirilməsinə dair iradə təsdiqləndi və İdlibdə atəşkəsin daimi olmasının daşıdığı əhəmiyyət vurğulandı.  

Yığıncaqda ayrıca girov götürülənlərin qarşılıqlı sərbəst buraxılması üçün tətbiq olunan pilot layihədən məmnunluqlarını bildirən tərəflər, iqtidar və müxaliflər arasında etibarın artırılması üçün işçi qrupun fəaliyyətinin genişləndirilməsini təklif ediblər.

Növbəti görüşün 2019-cu ilin fevralında keçirilməsi qərara alınıb.



Әlaqәli Xәbәrlәr