ABŞ bunu bilir, amma yenə də terror təşkilatı YPG ilə əməkdaşlıq edir

Xarici İşlər naziri Mövlud Çavuşoğlu amerikalıların Suriyada terror təşkilatı PKK-nın bir hissəsi olduğunu qəbul etmələrinə baxmayaraq YPG ilə əməkdaşlıq etdiklərini söylədi.

1095624
ABŞ bunu bilir, amma yenə də terror təşkilatı YPG ilə əməkdaşlıq edir

Xarici İşlər naziri Mövlud Çavuşoğlu amerikalıların Suriyada terror təşkilatı PKK-nın bir hissəsi olduğunu qəbul etmələrinə baxmayaraq YPG ilə əməkdaşlıq etdiklərini söylədi.

Çavuşoğlu Almaniyada çapdan buraxılan “Süddeutsche Zeitung” qəzetinə verdiyi müsahibədə ABŞ-ın terror təşkilatı YPG ilə əməkdaşlığını dəyərləndirib.

Nazir bildirib ki, amerikalılar Suriyada terror təşkilatı PKK-nın bir hissəsi olduğunu qəbul etmələrinə baxmayaraq YPG ilə əməkdaşlıq edirlər. Avropa da bunu bilir. Bunlar riyakardır. YPG-nin nəzarətindəki bölgələrdən eyni ideologiyada olmayan 400 min kürd çıxarıldı. Bunların əksəriyyəti Türkiyədə və geri qayıda bilmirlər.

Mövlud Çavuşoğlu Avropa İnsan Haqları  Məhkəməsinin (AHİM) terrorla əlaqədə olduğuna görə həbs edilən bir siyasi partiyanın bərabər hüquqlu sədri Səlahəddin Dəmirtaşla əlaqədar qəbul etdiyi qərarın xatırladılması qarşısında isə deyib ki, AHİM Dəmirtaş barəsində daha əvvəl fərqli qərar gəlmişdi. Bu, siyasi qərardır. AİHM qərarlarını tətbiq etməyən müxtəlif Aİ ölkələri var. Misal üçün Yunanıstandakı Türk azlığın AİHM qərarına baxmayraq dərnək adlarında Türk adından istifadə etməməsi. Rəsmi Afina bunu 10 ildir tətbiq etmir.Yunanıstana təzyiq edirə varmı? Burada əsas mövzu siyasətin əksinə hüquq və qanundur. Dəmirtaş terror təşkilatı PKK-nı dəstəklədiyini gizlətmədi.

Mövlud Çavuşoğlu həll prosesi dövründə keçirilən görüşlərə də münasibət bildirərək vurğulayıb ki, bu prosesin nəticə olaraq xeyri olmadı, gələcəkdə də xeyri olmayacağı məlumdur. Prosesdən sui-istifadə edildi. Tərki-silah edilməsindən imtina etdilər və çox sayda günahsız insan öldü.



Әlaqәli Xәbәrlәr