Mədəniyyət və Turizm naziri Mehmet Nuri Әrsoy Bosniya və Herseqovinaya sәfәr edib
Nazir Mehmet Nuri Әrsoy ölkәnin paytaxtı Saraybosnada Vәqflәr Baş İdarәsinin tәşkilatçılığı ilә keçirilәn iş mərkəzinin açılış mәrasimindә olub.
1094440

Türkiyәnin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Әrsoy Bosniya və Herseqovinaya sәfәr edib.
Nazir Mehmet Nuri Әrsoy ölkәnin paytaxtı Saraybosnada Vәqflәr Baş İdarәsinin tәşkilatçılığı ilә keçirilәn iş mərkəzinin açılış mәrasiminә qatılıb.
Burada çıxış edәn nazir Әrsoy deyib: ‘‘Mədəniyyətimizi yaşatmaq, ortaq dəyərlərimizi qorumaq və gələcək nəsillərə ötürmək istәyirik’’.
Qeyd edәk ki, Türkiyә hazırda Bosniya vә Herseqovinada 12 layihәyә dәstәk verir. Nazir Mehmet Nuri Әrsoy Türkiyәnin dәstәyinin davam edәcәyini vurğulayıb.
Nazir Әrsoy daha sonra Mostar şәhәrinә sәfәr edәrәk Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tәrәfindәn bәrpa edilәn ‘‘Qaragöz Bәy’’ mәdrәsәsinin açılış mәrasimindә iştirak edib.