Xarici İşlər naziri Mövlud Çavuşoğlu BMT-nin Baş katibi Antonio Qutarreş ilə görüşüb

Xarici İşlər naziri Mövlud Çavuşoğlu BMT-nin Baş katibi Antonio Qutarreş ilə səudiyyəli jurnalist Camal Xaşogginin öldürülməsi məsələsini danışıb.

1091136

Nyu-Yorkda BMT-nin qərargahında təşkil edilən Mədəniyyətlər İttifaqı 8-ci Qlobal Forumuna qatılan Çavuşoğlunun Qutarreş ilə görüşü mətbuata qapalı keçirilib.

Baş katibin sözçüsü Stefan Dujaric mətbuat konfransında görüşlə əlaqədar deyib ki, Çavuşoğlu və Qutarreş Yəmən, Suriya, Kıbrıs (Kipr) və Camal Xaşoggi cinayətindən danışdılar. Beynəlxalq istintaqla əlaqədar rəsmi tələb olmadı.

Sözçü beynəlxalq istintaq üçün baş katibin səlahiyyətə ehtiyacı olduğunu sözlərinə əlavə edib.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Xaşoggi bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmayıb.

Әlaqәli Xәbәrlәr