Ərdoğan Mövludi-Nəbi Həftəsi münasibətilə xalqı təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “gənclərinə arxasını dönən bir millətin istiqbalı və istiqlalının təhdid altında olduğunu” söyləyib.

1090135
Ərdoğan Mövludi-Nəbi Həftəsi münasibətilə xalqı təbrik etdi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “gənclərinə arxasını dönən bir millətin istiqbalı və istiqlalının təhdid altında olduğunu” söyləyib.

  Həzrət Məhəmmədin anadan olduğu həftə olan Mövludi-Nəbi Həftəsi İstanbulda noyabrın 17-də prezident R.T.Ərdoğanın da iştirak etdiyi proqramla başladı.

  Ərdoğan Həzrəti Məhəmmədin həyatının gələcək nəsillərə də rəhbər olduğunu vurğulayaraq dedi:

  “Həyat tərzi və qaydaları olmadan İslamın yaşaması mümkün deyil. Bir müsəlmanın peyğəmbərimizin nümunəvi həyatı ilə bağlılığı nə qədər çox və dərindirsə, o qədər də dini güclüdür".

  Qeyd edək ki, “Peyğəmbərimiz və gənclik" başlıqlı Mövludi-Nəbi Həftəsi Türkiyədə 24 noyabra qədər müxtəlif tədbirlərlə qeyd olunacaq.



Әlaqәli Xәbәrlәr