Türkiyənin ilk sürücüsüz metrosu Avropada birinci seçildi

Türkiyənin ilk sürücüsüz metro Üsküdar-Sancaktepe Metro Xətti Belçika mərkəzli Beynəlxalq Sərnişin Daşıyıcılar Birliyi (UITP) tərəfindən aparılan tədqiqatda Avropada birinci seçildi.

1087684
Türkiyənin ilk sürücüsüz metrosu Avropada birinci seçildi

  Türkiyənin İstanbuldakı ilk sürücüsüz metrosu sərnişin daşıma həcminə görə Avropada birinci seçildi

  Türkiyənin ilk sürücüsüz metro Üsküdar-Sancaktepe Metro Xətti Belçika mərkəzli Beynəlxalq Sərnişin Daşıyıcılar Birliyi (UITP) tərəfindən aparılan tədqiqatda Avropada birinci seçildi.

  1885-ci ildə yaradılan, 90 fərqli ölkədən üzvü olan və kütləvi nəqliyyat sektorunda dünyanın ən böyük qeyri-hökumət təşkilatlarından biri olan Brüssel mərkəzli UITP tək səfərdə sərnişin daşıma həcminin 500-dən çox olduğu sürücüsüz metro xətlərini araşdırdı.

  UITP-in araşdırmasına görə, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) xidmətə açdığı sürücüsüz Üsküdar-Ümraniye-Çekmeköy-Sancaktepe Metro Xətti Paris (Fransa), Roma (İtaliya), Barselona (İspaniya) kimi şəhərləri geridə qoyub.

  İstanbuldakı sürücüsüz metro xətti tək səfərdə 1620 nəfər daşıma həcminə malikdir. Türkiyənin bu ilk sürücüsüz metro xəttindən sonra 1200 sərnişinlə Roma, 895 nəfər yerlə Barcelona və 722 adamla Paris metropolitenləri gəlir.



Әlaqәli Xәbәrlәr