"Çinlə iş birliyini artırmaqla əlaqədar açıq danışdıq", Ə.Gül

Çinə rəsmi səfər edən Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül paytaxt Pekində çinli həmkarı Fu Cinqhua ilə bir araya gəldi.

1087404
"Çinlə iş birliyini artırmaqla əlaqədar açıq danışdıq", Ə.Gül
Abdülhamit Gül, Fu Cınghua.jpg

  Çinə rəsmi səfər edən Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül paytaxt Pekində çinli həmkarı Fu Cinqhua ilə bir araya gəldi.

 Görüşdən sonra Gül və Fu iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair memorandumu imzaladı.

  Türkiyə naziri görüşlə bağlı məlumat verərək deyib:

  “Çinin hörmətli Ədliyyə naziri ilə çox səmərəli görüş keçirdik. Hər iki ölkənin ədliyyə məsələlərilə bağlı əməkdaşlıq qurmaq, bu mövzuda problemləri həll etmək, iş birliyini artırmaqla əlaqədar açıq şəkildə danışdıq.

   Qeyd edək ki, Türkiyə ilə Çin arasında iki ölkə rəhbərinin danışıqları çərçivəsində dialoq və əməkdaşlığımız artıb. Bu vəziyyət siyasət və iqtisadiyyatla yanaşı başqa sahələrə də faydalı imkanlar verir”.



Әlaqәli Xәbәrlәr