Binәli Yıldırım Belarusa sәfәr edib

Binәli Yıldırım Belarusa sәfәr etmәzdәn әvvәl Esenboğa hava limanında keçirdiyi mәtbuat konfransında bәyanatlar verib.

1086603
Binәli Yıldırım Belarusa sәfәr edib

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Binәli Yıldırım  Türkiyә-Belarus arasında bir milyard dollar ticarәt hәdәfinin әldә olunması üçün fәaliyyәtlәrin davam etdirildiyini  deyib.

Binәli Yıldırım Belarusa sәfәr etmәzdәn әvvәl Esenboğa hava limanında keçirdiyi mәtbuat konfransında bәyanatlar verib.

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Binәli Yıldırım sәfәri çәrçivәsindә Belarusun  Baş naziri Sergey Rumas, Belarus Parlamentinin Respublika Şurasının sәdri Mixail Myasnikoviç, Nümayәndәlәr palatasının sәdri Vladimir Andreyçenka vә ölkә prezidenti Aleksandr Lukaşenko ilә görüşlәr keçirәcәyini deyib.

Sәfәr çәrçivәsindә hәmçinin Türk şirkәtlәri tәrәfindәn inşa edilәn  Minsk mәscidi vә Türkiyәnin dәstәyi ilә inşa edilәn baxçaya da baş çәkәcәyini söylәyәn  Binәli Yıldırım deyib: ‘‘Belarusun müstәqilliyini tanıyan ilk ölkә olaraq  bu ölkә ilә Türkiyәnin dostluq әlaqәlәrinin inkişaf etdirilmәsi әn böyük hәdәfimizdir. Әmәkdaşlığımız bu sahәdә  müsbәt şәkildә davam edir. Xüsusilә son zamanlarda  yüksәk sәviyyәli görüşlәrin artması ilә iki ölkә arasında  siyasi vә iqtisadi әlaqәlәrin  dә inkişafına töhfәlәr verdik. 2019-cu ilin ilk aylarında Belarus prezidenti ölkәmizә rәsmi sәfәr edәcәk. Sәfәr çәrçivәsindә iki ölkә arasında müxtәlif sahәlәrdә sazişlәrin imzalanması nәzәrdә tutulur’’.



Әlaqәli Xәbәrlәr