“Beynəlxalq ictimaiyyət İsrailin hücumlarına qarşı real addımlar atmalıdır”

Prezident Ərdoğanın mətbuat katibi İbrahim Kalın İsrailin Qəzza zolağına hücumları barədə danışıb.

1087156
“Beynəlxalq ictimaiyyət İsrailin hücumlarına qarşı real addımlar atmalıdır”

“Ankara İsrailin Qəzza zolağına endirdiyi zərbələrə cavab olaraq məsuliyyətli yanaşma və real addımlar gözləyir”, - deyə İbrahim Kalın bildirib. İbrahim Kalın son bir neçə gün ərzində İsrail rejiminin Qəzzanı bombardman etməsi nəticəsində 13 nəfərin həyatını itirdiyini və onlarla fələstinlinin yaralandığını diqqətə çatdırıb. “Qəzza zolağına zərbələr növbəti dəfə İsrailin beynəlxalq hüquq normalarına hörmət etməkdən imtina etdiyini nümayiş edib. İşğalçı ölkə dərhal Qəzza zolağına zərbələri dayandırmalıdır. Ankara dünya ictimaiyyətini məsuliyyətə cəlb edir və İsrail hücumlarına reaksiya vermək üçün real addımlar atmasını gözləyir. Bütün dünya Qüdsün statusunu dəyişmək üçün Qəzza zolağını açıq havada həbsxanaya çevirən İsrailin işğalçı siyasətinə dur deməlidir”, - deyə İbrahim Kalın bildirib.

 



Әlaqәli Xәbәrlәr