“ABŞ prezidenti Trampın bununla əlaqəli prosesi dayandıracağına inanıram.”, R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Suriyanın şimalında terror təşkilatı PKK/YPG ilə birgə nəzarət fəaliyyətləri göstərməsini qəbul edə bilməyəcəyini söyləyib.

1082591

Bunu partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup yığıncağında dilə gətirən Ərdoğan bildirib ki, Türkiyə Silahlı Qüvvələrilə birliktə Münbiçdə birgə nəzarət fəaliyyəti başladan ABŞ-ın YPG/PKK mənsubu tərrorçularla da bəzi bögələrdə nəzarət fəaliyyətləri aparıldığına dair iddialar gündəmdədir. Bunun qəbul edilməsi qeyri-mümkündür. Belə bir vəziyyət sərhəd məntəqəsində ciddi mənfiliklərə səbəb olar. ABŞ prezidenti Trampın bununla əlaqəli prosesi dayandıracağına inanıram.

ABŞ-ın İrana qarşı sanksiyaları ilə əlaqəli suala da cavab verən Ərdoğan bu sanksiyaların düzgün iş olmadığını, dünyanın tarazlığını pozacaq bir addım olduğunu deyib. Ərdoğan ABŞ-ın bu addımın beynəlxalq hüquq qaydalarına zidd olduğunu vurğulayaraq, “İmperialist bir dünyada yaşamaq istəmirik. Biz İrandan 10 milyard kubmətr təbii qaz satın alırıq. Belə bir sanksiyaya əməl etmərik” deyə qeyd edib.

Әlaqәli Xәbәrlәr