Mövlud Çavuşoğlu: ‘‘Türkiyә beynәlxalq problemlәrin hәllinә qlobal sәviyyәdә töhfә verir’’

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu Türkiyәnin beynәlxalq problemlәrin hәllinә, regional tәşәbbüslәrә vә qlobal sәviyyәdә töhfә verdiyini deyib.,

1081490
Mövlud Çavuşoğlu: ‘‘Türkiyә beynәlxalq problemlәrin hәllinә qlobal sәviyyәdә töhfә verir’’

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu Türkiyәnin beynәlxalq problemlәrin hәllinә vә regional tәşәbbüslәrә qlobal sәviyyәdә töhfә verdiyini deyib.

Bu barәdә Mövlud Çavuşoğlu Yaponiyanın paytaxtı Tokioda keçirilәn  ‘‘Türkiyәnin Xarici Siyasәti vә Orta Şәrqdәki Aktual Hadisәlәr’’ mövzusundakı seminarda bildirib.

Türkiyәnin Orta Şәrqdәki problemlәrin sülh yolu ilә hәll edilmәsi üçün sәy göstәrdiyini söylәyәn Mövlud Çavuşoğlu bölgәdә Amerika Birlәşmiş Ştatlarının qәbul etdiyi qәrarlar  vә İsrailin hücumlarını davam etdirmәsinin vәziyyәti daha da mürәkkәb hala gәtirdiyini deyib.

Mövlud Çavuşoğlu  Türkiyәnin Suriya böhranının hәll edilmәsi üçün bölgәdә ciddi addımlar atdığını, hәmçinin  Konstitusiya Komissiyası ilә bağlı digәr aktyorlarla birgә çalışdığını qeyd edib.

Türkiyәnin qaçqınlara ev sahibliyi etmәyә davam etdiyini ifadә edәn Mövlud Çavuşoğlu Türkiyәnin suriyalı qaçqınlara 33 milyard dollar xәrclәdiyini vurğulayıb.

Mövlud Çavuşoğlu Türkiyәnin humanitar yardım mәsәlәsindә dünyada birinci yerdә olduğunu da sözlәrinә әlavә edib.



Әlaqәli Xәbәrlәr