ABŞ İran sanksiyalarından Türkiyəni azad etdi

Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Fatih Dönmez Amerika Birləşmiş Ştatlarının İran sanksiyalarından Türkiyəni azad etməsilə bağlı qərarın sevincli olduğunu dedi.

1080717

  Türkiyə Böyük Millət Məclisində (TBMM) jurnalistlərin suallarını cavablandıran F.Dönmez deyib:

  “ABŞ Dövlət katibi Mayk Pompeo noyabrın 2-də axşam İrana tətbiq ediləcək sanksiyalara dair çıxış edərək Türkiyənin də aralarında olduğu 8 ölkəyə yönəlmiş sanksiyaların qaldırılması və ya məhdudlaşdırılması ilə bağlı açıqlama verdi. Bu pozitiv bəyanatdan məmnunluq duyuruq.  

  ABŞ-ın sanksiyaları Türkiyədə də sülh, əmin-amanlıq və iqtisadiyyata mənfi təsir edəcəkdi.

  Həm Xarici İşlər, həm Enerji nazirliklərimiz ABŞ rəsmilərilə apardığı müzakirələrdə Türkiyənin təhlükəsizliyi baxımından qonşu ölkələrlə neft və təbii qaz ticarətinin əhəmiyyətini vurğulamışdı. Söylədiyimiz fikirlər qarşı tərəfdən müəyyən bir nöqtədə qəbul edildi. Gəlinən bu nəticə bölgənin sülh, əmin-amanlıq və sabitliyinə müsbət töhfə verəcək. Bizə ayrıntılar da gəldikdən sonra ətraflı şərhlər edəcəyik. Bu gün əsas olan odur ki, ABŞ-ın bu qərarından məmnuniyyət duyuruq."

Әlaqәli Xәbәrlәr