Türkiyə Silahlı Qüvvələrinin hava əməliyyatında 11 terorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələrinin Şırnak vilayəti əraziləri və İraqın şimalına 30-31 oktyabr tarixlərində həyata keçirdiyi hava əməliyyatı nəticəsində PKK terror təşkilatına mənsub 11 terrorçu zərərsizləşdirilib.

1078566

Təhlükəsizlik qüvvələrinin məlumatına görə, Cudi dağının Helinapir təpə bölgəsində pilotsuz uçuş aparatı (PUA) ilə PKK-lı terrorçuların aşkarlanması nəticəsində həyata keçirilən və havadan dəstəklənən əməliyyatda 4 terrorçu zərərsizləşdirilib.

İraqın şimalında yerləşən Qara, Zap, Metina və Avaşin-Basyan bölgələrinə dünən həyata keçirilən hava əməliyyatı nəticəsində isə hərbi baza bölgələrinə hücuma hazırlaşan 7 terrorçu zərərsizləşdirilmişdir.

Hava zərbələri ilə terrorçuların sığınacağı, atəş nöqtələri və silah-sursat anbarları məhv edilib.

Әlaqәli Xәbәrlәr