Türkiyə Baş Prokurorluğu Xaşoqcinin necə öldürüldüyü barədə açqılama verdi

... Daha sonra cəsəd parçalanaraq yox edilib.

1079152
Türkiyə Baş Prokurorluğu Xaşoqcinin necə öldürüldüyü barədə açqılama verdi

  Türkiyə İstanbul Respublika Baş Prokurorluğu Camal Xaşoqcinin necə öldürüldüyü barədə açqılama verdi.

  Baş Prokurorluqdan verilən məlumatda bildirilir:

  “Vaşinqton Post” (Washington Post) qəzetinin müxbiri Səudiyyə Ərəbistanı jurnalisti Camal Xaşoqci əvvəlcədən planlaşdırıldığı kimi ölkəsinin İstanbuldakı baş konsulluğa girər-girməz boğularaq öldürülüb. Daha sonra cəsəd parçalanaraq yox edilib.

  Hadisə ilə bağlı Səudiyyə Ərəbistanı orqanlarından hər hansı bəyanat verilmədi.  

  Gerçəyin ortaya çıxarılması üçün bütün xoş niyyətli səylərimizə baxmayaraq, Səudiyyə Ərəbstanı tərəfdən danışıqlardan konkret nəticə əldə olunmayıb.  

  İstanbul Respublika Baş Prokurorluğu Səudiyyə Ərəbistanında həbs olunduğu bildirilən şübhəlilərin Türkiyəyə ekstradisiyasını bir daha tələb edir.”

  Qeyd edək ki, İstanbul Respublika baş prokurorunun başçılıq etdiyi nümayəndə heyəti də Xaşoqci cinayətilə bağlı Səudiyyə Ərəbistanına dəvət olunub.



Әlaqәli Xәbәrlәr