İstanbul Yeni Hava Limanı “online” bilet satışına başlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 29 oktyabrda ilkin mərhələsi xidmətə açılan İstanbul Yeni Hava Limanı sistemdə ISL adı ilə yer alır. İlk uçuş 1 noyabrda başlayacaq.

1073470
İstanbul Yeni Hava Limanı “online” bilet satışına başlayıb

  İstanbul Yeni Hava Limanı Türkiyə Hava Yollarının (THY) internet səhifəsindəki uçuş nöqtələri sırasına əlavə olunub və “online” bilet satışına başlanılıb.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2018-ci ilin 29 oktyabrda ilkin mərhələsi xidmətə açılan İstanbul Yeni Hava Limanı sistemdə ISL adı ilə yer alır. İlk uçuş 1 noyabrda başlayacaq.

 İstanbul Yeni hava limanından ilk uçuş 1 noyabr cümə günü saat 11.10-da Ankaraya həyata keçiriləcək.

  THY ilkin mərhələdə 5 qalxış və 5 eniş olmaqla Ankara, İzmir və Antalyaya qarşılıqlı uçuşlar edəcək.

  THY-nin baş direktoru Bilal Ekşi bildirib:

  “İstanbul Yeni Hava Limanından ilk 7 gündə 6957 nəfərə həvəsləndirmə qiymətli uçuş təqdim olunur. Bunlar İstanbuldan Ankara, Antalya, İzmir və Ercana (Şimali Kipr Türk Respublikası) olan reyslərdir. Xaricə ilk səfərlər isə Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinə (Şimali Kipr) olacaq.”



Әlaqәli Xәbәrlәr