Tuncəlidə 2 əsgər şəhid oldu

Türkiyənin Tuncəli vilayətində keçirilən terror əməliyyatında mənfi hava şəraitindən təsirlənən 2 əsgər şəhid oldu.

1076561
Tuncəlidə 2 əsgər şəhid oldu

Tuncəli Valiliyindən verilən məlumata görə, soyuq hava şəraiti Nazımiyə düzündə terrorçulara qarşı əməliyyata qoşulan birliklərə təsir edib.
 
 Birliklər bölgədəki havanın qismən yaxşılaşmasından sonra helikopterlə təxliyyə ediliblər.
 
 Bölgədə 2 jandarmın hipotermiya diaqnozu ilə Tuncəli Dövlət Xəstəxanasına çatdırılıblar. Bütün müdaxilələrə rəğmən xəstə jandarmların həyatlarının xilas etmək mümkün olmayıb. 
 

Valiliyin məlumatında: "Şəhidlərimizə Allahdan rəhmət diləyir, kədərli ailələrə başsağlığı veririk. Millətimizin başı sağ olsun. Vilayətimizdə terrorçuların zərərsizləşdirilməsi istiqamətində aparılan işlər əzm və qətiyyətlə davam etdirilir" deyilir.



Әlaqәli Xәbәrlәr