"Adam öldürüldü, bəz meyidi harada? Qara qutu bu 18-in içində", R.T.Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: “Səudiyyə Ərəbistanı rəsmiləri jurnalist Camal Xaşoqcini öldürmə əmrini verənin kim olduğunu açıqlamalıdır”, - dedi.

Ədalət və İnkişaf Partiyası (AK Partiya) mərkəzində Rayon Rəhbərləri Genişləndirilmiş Rayon Toplantısında çıxışında R.T.Ərdoğan deyib Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda işlənən Camal Xaşoqci cinayətinə toxunaraq deyib:
"Səudiyyə Ərəbistanı vətəndaşı jurnalist Camal Xaşoqci Türkiyə vətəndaşı olan bir xanımla evlilik sənədlərilə bağlı getdiyi ölkəsinin İstanbuldakı Baş Konsulluğundan bir daha çıxmadı. Araşdırmalar bizi Xaşoqcinin konsulluqda öldürüldüyü nəticəsinə apardı.
Səudiyyə rəsmilərinin "Xaşoqci konsulluqdan çıxdı” açıqlamaları “uşaqaldatma” oyunu idi və bizi daha da narahat etdi. Necə ola bilər, bu insan Konsulluqdan çıxacaq və nişanlısını götürməyəcək? Bunlar gülməli açıqlamalardır və dövlət işinə uyğun gəlməz.
Bu adamın öldürüldüyü bəyan oldu, bəz meyidi harada? Cəsədi göstərməlisiniz.
Səudiyyə rəsmiləri 18 nəfərin həbs olunduğu xəbərini verdi. Şübhəsiz ki, bu 18 nəfər Xaşoqcınin necə və kimlər tərəfindən öldürüldüyünü bilir. Cinayətkar da elə bunların içindədir. Nə vaxt açqılama verəcəksiniz?
Əslində cinayətkar məlumdur. Təlimatı verən də. 15 üstəgəl 3 kişinin Türkiyəyə gəlməsinin göstərişini kimlər verdi? Bunu rəsmilər açıqlamalıdır. Bazar günü Səudiyyə Ərəbistanı baş prokurorunu Türkiyəyə göndərir. İstanbulda baş prokurorumuzla görüşdə əllərində başqa məlumat və sənədləri açıqlayacaqlar. Amma biz Xaşoqcini öldürənlərin Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən açıqlanmasını gözləyirik. Qara qutu bu 18-in içində: nə dönüb-dolanlıbsa, onlar bilir. Hadisə İstanbulda baş verib, onları təslim edin, biz özümüz mühakimə edək.”
Әlaqәli Xәbәrlәr

Mövlud Çavuşoğlu Türkiyәdә sәfәrdә olan Cozef Malanji ilә görüşüb
Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu zambiyalı hәmkarı Cozef Malanji ilә görüşüb.