"Bu, kompleks bir cinayətdir", Ö.Çelik

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik Camal Xaşoqqi cinayətilə bağlı nəticələrin ortaya çıxacağını və bunu edənlərin cəzalandırılacağını vurğuladı.

1073432
"Bu, kompleks bir cinayətdir", Ö.Çelik

  AK Partiya Mərkəzində jurnalistlərin gündəmə dair suallarını cavablandıran Ö.Çelik dedi:

  “Amerikanın “Vaşinqton Post” (Washington Post) qəzetinin jurnalisti, Səudiyyə Ərəbistanı vətəndaşı Camal Xaşoqqi cinayəti kompleks bir cinayətdir.

  Son dərəcə vəhşicəsinə planlaşdırılmış, ört-basdır edilmək üçün çox səy göstərilmiş bir vəziyyətlə qarşı-qarşıya olduğumuzu görürük. Amma nəticələr ortaya çıxacaq, bunu edənlər cəzalandırılacaq və bir daha kimsənin ağlından belə şeylər keçməyəcək.

  Türkiyə Cümhuriyyəti təhlükəsiz bir dövlətdir. Hər cür iddianın arxasında hüquqi dəlil göstərməyə diqqət göstərən bir dövlətdir. Hər kəs spekulyasiya edə bilər, amma biz yox.”



Әlaqәli Xәbәrlәr